1 İyun Uşaqların Müdafiəsi Günü kimi qeyd edilir

  • By ilhame
  • 01 İyun 2024 00:02

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

 

BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.

 

Uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar Azərbaycanın gələcəyidir və ölkənin gələcəyi onların əlindədir.

 

İnsanlığın xoşbəxtliyi, dünyamızın gözəlləşməsi üçün dünyanın harasında olmağımızdan asılı olmayaraq uşaqlarımızın xoşbəxt və sağlıqlı olması diləyi ilə bütün uşaqların bayramını təbrik edirik. Xoşbəxt, sevincli, uğurlu bir həyat yolu arzu edirik.

Bu gün sizin gününüzdür əziz balacalar. Uşaqlar gününüz mübarək olsun!

“1 iyun Ümumdünya Uşaqların Müdafiəsi Günündə bütün uşaqlara təhlükəsiz, xoşbəxt və sağlam uşaqlıq arzulayırıq. Onların hüquqlarına hörmət edək və qoruyaq”.

Gununsesi.info