
Türkiyədə skandala səbəb olacaq “evləndirmə” hadisəsi yaşanıb.
Gununsesi.info xarici mətuata istinadən xəbər verir ki, İsmayılağa camaatına aid Hiranur Vəqfinin qurucusu Yusif Ziya Gümüşelin 6 yaşlı uşağı “dini nikahla” 29 yaşlı müdiri ilə “evləndirməsi” skandalı ilə bağlı iddianaməni hazırlayan prokurorun iş yeri dəyişdirilib.
Zərərçəkən 6 yaşlı şübhəli Kadir İstekli tərəfindən cinsi istismara uğraması ilə bağlı iddianamədə şübhəlinin atasının tələbəsi olduğunu bildirib. Bu istismarın atasının icazəsi ilə gerçəkləşdiyini iddianaməsində göstərib.
İttihamın mətbuatda yazılmasından sonra İstanbul Ədliyyəsinin prokuroru Ercan Ateşin iş yeri dəyişdirilib.
İş yerini dəyişdirmə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin müdaxiləsi ilə olub.
Olayla bağlı ilk məhkəmə toplantısı 30 yanvarda olacaq. Günahlandırılan adamın 22 il həbs edilməsi gözlənilir.
Tərcümə: Arzu Sayadoğlu