
Polşadan havaya qalxan sərnişin təyyarəsinin ekipajı hava gəmisində bomba olması barədə məlumat alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Yunanıstanın EPT-1 telekanalı məlumat yayıb.
Bildirilir ki, İrlandiyanın “Ryanair” aviaşirkətinə məxsus təyyarə Yunanıstan ordusuna məxsus F-16 qırıcılarının müşayiəti ilə Afina Beynəlxalq Hava Limanına uçur.
Təyyarənin enişdən sonra dayanacağı xüsusi zona hazırlanıb. Əraziyə xüsusi təyinatlı polis göndərilib. Təyyarənin göyərtəsində 192 nəfər var.
Gununsesi.info