Brüsselin mərkəzində etiraz edən fermerlər XIX əsrə aid heykəli söküblər

  • By ilhame
  • 01 Fevral 2024 19:01

Belçikanın paytaxtı Brüsselin mərkəzindəki Lüksemburq meydanında yerləşən XIX əsrə aid abidənin bir hissəsi etirazçılar tərəfindən sökülüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata görə, söhbət sənayeçi Con Kokrilin abidəsini əhatə edən dörd fəhlə heykəlinin birindən gedir.

 

Heykəl postamentindən götürülərək yerə atılıb.

 

Qeyd edək ki, C.Kokril və 4 fəhlə abidəsi 1872-ci ildə Belçika polad sənayesinin inkişafına verdiyi töhfələrə görə ucaldılıb.

Gununsesi.info