Britaniyada kütləvi bıçaqlanma: Starmer açıqlama verdi

  • By Ayshan
  • 02 Noyabr 2025 11:44

Britaniyanın Kembric şəhəri yaxınlığında qatarda kütləvi bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər Donkaster-London reysi ilə hərəkət edən qatarda sərnişinlərə hücum edib. Baş verən bıçaqlanma hadisəsində 10 nəfər yaralanıb. Yaralılardan 9-nun vəziyyəti ağırdır.

Baş nazir Keyr Starmer hadisəni dəhşətli insident adlandırıb.

Hadisə nəticəsində 2 şübhəli şəxs saxlanılıb, istintaq davam edir.

Gununsesi.info