İsmayıllı rayonunda daha bir zəlzələ oldu

  • By Ayshan
  • 02 Noyabr 2025 08:27

İsmayıllı stansiyasından 21 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.info-ya verilən məlumata əsasən, yerli vaxtla saat 02.50-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.

Yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib, zəlzələ hiss olunmayıb.

Qeyd edək ki,  ötən gün yerli vaxtla saat 18:03-də də İsmayıllıda zəlzələ baş vermişdi.

Gununsesi.info