Bakıda hərbi parada hazırlıq davam edir

Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradla bağlı məşqlər davam edir.

Gununsesi.info xəbər verir ki, hazırda paytaxt səmasında hərbi təyyarələrin uçuşu müşahidə edilir.

Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub. Bu il isə noyabrın 8-də paytaxtın Azadlıq meydanında hərbi parad təşkil olunacaq.

 

Gununsesi.info