Abşeronda 19 yaşlı gənc 12-ci mərtəbədən yıxılaraq ölüb

Abşeronda bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, Xırdalan şəhəri, Kristal 1 yaşayış kompleksində 19 yaşlı İlqar Quliyev binanın 12-ci mərtəbəsindən yıxılaraq ölüb.

Məlumata görə, yeniyetmə oğlan sözügedən binada yaşamayıb. O binaya hazırlığa gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info