Koronavirusla əlaqədar Britaniyada bərbərxanalar, kafe və restoranlar iyula qədər açılmayacaq.
Gununsesi.org-un “Sky News”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Xarici İşlər naziri Dominik Raab deyib.
“Britaniyalılar iyulun 4-dək bərbərxanalarda saçlarını kəsdirə, restoranlardada nahar edə və pivəxanalara baş çəkə bilməyəcəklər”, – deyə nazir bildirib.
XİN başçısı Britaniya vətəndaşlarını bu il yay tətilini xarici ölkələrdə keçirməyi təxirə salmağa çağırıb.
Gununsesi.org
COMMENTS