Yunanıstanın Qarabağ savaşında ermənilərə dəstək faktları üzə çıxdı- FOTOLAR

Yunanıstanın Qarabağ savaşında ermənilərə dəstək faktları üzə çıxdı

Qarabağ müharibəsi zamanı Yunanıstan Azərbaycan torpaqlarında qondarılmaqda olan separatçı-terrorçu rejimə və bütövlükdə işğalçı Ermənistana həm hərbi texnika, həm də humanitar yardım ilə əhəmiyyətli dəstək verib. 
 
Gununsesi.org moderator.az-a istinadən xəbər verir ki, bu haqda  sosial şəbəkələrin erməni seqmentində məlumat və foto paylaşılıb.
“Yunan təyyarələri vaxtaşırı havaya qalxaraq Yerevanın Zvartnots hava limanına yük çatdırırdı. Budur, Ermənistan hava limanında bir  “Lockheed C-130” təyyarəsinin heyəti ilə birlikdə çəkilmiş foto-şəkli. Foto-şəkillərdə yunan Kiprindən olan  keçmiş Avropa Parlamenti  deputatı Eleni Teoxarus da görünür. Bildiyimiz kimi, o, Qarabağ müharibəsi zamanı və sonra da Avropa Parlamentinin üzvü  kimi daim Qarabağ ermənilərini  dəstəkləməyə çağırıb”- erməni istifadəçilərin paylaşdığı məlumatda belə deyilir.
Xatırladaq ki, dünən –mayın 10-da məlumatda adı çəkilən yunanıstanlı üzdəniraq Avropa Parlamenti deputatının 1992-ci il mayın 10-da Şuşanın işğalından 2 gün sonra şəhərin girişində yunan bayrağıyla çəkdirdiyi foto-şəkli də təqdim etmişdik(bax:https://www.moderator.az/news/324351.html).
Gununsesi.org

COMMENTS