HİV virusuna qarşı araşdırmaları ilə tanınan dünyaşöhrətli Cənubi afrikalı professor Gita Ramcii Covid-19-dan dünyasını dəyişib.
Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, bu yaxınlarda İngiltərədən Cənubi Afrikaya qayıdan alim pnevmoniya əlamətləri ilə KvaZulu-Nata bölgəsindəki xəstəxanaya yerləşdirilib. Ramcii müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Cənubi Afrikada indiyədək koronavirusdan 5 nəfər dünyasını dəyişib. 1353 nəfər isə yoluxub.
Gununsesi.org
COMMENTS