Boliviya 11 ildən sonra ABŞ-da öz səfirini təyin edib. Bu vəzifə Uolter Serrate Kuelyara həvalə olunub.
Gununsesi.org bildirir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi Tvitter hesabında məlumat verilib.
Daha əvvəl Uolter Serrate Kuelyar Boliviyanın BMT yanında daimi səfir və nümayəndəsi idi.
Qeyd edək ki, Boliviya 2008-ci ildən ABŞ-a səfir təyin etmirdi. Keçmiş Boliviya prezidenti Evo Morales ABŞ-ın La-Pasdakı səfirini “arzuolunmaş şəxs” elan edərək, onu müxalifəti maliyyələşdirməkdə və iğtişaşları dəstəkləməkdə günahlandırmışdı.
COMMENTS