
Qəzzanın mərkəzi və şimalında on minlərlə insan aclıqdan əziyyət çəkir.
Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) nümayəndəsi Adnan Əbu Hasen “Anadolu” agentliyinin müxbirinə bildirib.
Onun sözlərinə görə, bu həftə hupauz bitdikdən sonra ilk dəfə olaraq eksklavın mərkəzi və şimal hissəsinə humanitar yardımlar gəlməyə başlayıb.
Eyni zamanda, o qeyd edib ki, humanitar yardımın hazırkı həcmləri Qəzza sakinlərinin ərzaq ehtiyaclarını ödəməyə kifayət etmir.
Gununsesi.info