Birliyin qəza çağrı xidməti şöbəsinin əməkdaşı təltif edildi

Bu gün “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Birliyin Qəza Çağrı Xidməti şöbəsində olub və əməkdaşların iş şəraiti ilə maraqlanıb.

Eyni zamanda Birlik rəhbəri nümunəvi işinə və abonentlərin müraciətlərinin həllində göstərdiyi operativ xidmətinə görə şöbənin dispetçeri Safura Cəmilzadəyə Fəxri Fərman təqdim edib.

Ruslan Əliyev müştəri məmnunluğunun təmin olunması və abonentlərin müraciətlərinə həsaslıqla yanaşması baxımından Safura Cəmilzadənin digər əməkdaşlara örnək olacağına əminliyini ifadə edib.

Gununsesi.info