Erməni jurnalist yeni çəkilən Laçın yolundan paylaşım etdi – VİDEO

İyulun 25-də erməni jurnalist Tatul Akopyan Laçın dəhlizinə alternativ olaraq çəkilən yoldan video görüntülər yayıb, bu barədə o öz sosial şəbəkə hesabında paylaşım edib.

Bildirib ki, azərbaycanlılar və türk şirkətləri yolun Böyük Qaladərəsi kəndi (Şuşa rayonunun kəndi – red.) yaxınlığındakı hissəsinin tikintisini yekunlaşdırır.

“İki erməni kəndində rus sülhməramlıları olmadan onlarla Azərbaycan texnikası və azərbaycanlı inşaatçılar, mühəndislər, sürücülər, asfalt çəkənlər iş görürlər. Bunu bilirdim, bir az qəribə oldu, amma bunu da gördük. Bu gün 25 iyulda Narek Seferyanla o yolu keçdik. Narek boyanıb, nitqimdə də bəzi qaydasızlıqlar var. Alik Media rubrikamda daha aydın yazacam”, erməni jurnalist bildirib.

Laçın 1924-cü ildə təsis edilib. Rayon Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. Laçının 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcədə bu ərazi çoxlu təbii sərvətləri, qiymətli mineral suları ilə zəngin bir ərazidir.

Gununsesi.info