Gecə saatlarından “Sumqayıt stansiyası” və ətraf ərazilərə, həmçinin Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələrinə, habelə ətrafdakı yaşayış massivlərinə sabah axşam saatlarına qədər içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Gununsesi.org xəbər verir ki. bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Məlumata görə, buna səbəb Sumqayıt Karbomid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsidir.
Gununsesi.org
COMMENTS