Rusiyanın bu nazirliklərinin saytları sındırıldı

  • By admin
  • 08 Mart 2022 23:44

Hakerlər Rusiya Federal Penitensiar Xidmətinin, Mədəniyyət Nazirliyinin, “Rosstatın” və digər dövlət idarələrinin saytlarını sındırıblar.

Gununsesi.info  xəbər verir ki, hələ ki, heç bir tanınmış haker qrupu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Hücum nəticəsində xüsusilə Mədəniyyət Nazirliyi, Energetika Nazirliyi, “Rosstat”, “Roskomnadzor”, Federal Antiinhisar Xidməti, Federal Penitensiar Xidmətin saytları sındırılıb. Əsas səhifələrdə müharibə əleyhinə şəkillər yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl Belarusun Ukrayna və Polşaya qarşı fişinq kampaniyaları apardığı məlum olub. Bu, Rusiya müttəfiqinin Ukraynaya qarşı müharibədə rus qoşunlarının dayaq nöqtəsi kimi daha çox iştirak etdiyini göstərir.

Gununsesi.info