
Rus şovinizminin aqressiv təbliğatçısı Vladimir Solovyov və hərbi ekspert Yakov Kedminin Ukraynadakı vəziyyətin müzakirəsinə həsr edilən verilişindən bir hissə yayılıb.
Gununsesi.info xəbər verir ki, “Solovyov layf”ın efirində yayılan və Yutubun sildiyi proqramdan parçaları Ukrayna mediası tirajlayıb.
Kedmi efirdə rus ordusunun ciddi müqavimətlə üzləşdiyini, rəsmi rəqəmlərə görə 500-dək itki verdiyini, amma qarşı tərəfin fərqli rəqəm səsləndirdiyini bildirib.
Kedmi rus hərbçilərini acizlikdə ittiham da edib və bildirib ki, heç bir şəhərdə yerli hakimiyyəti dəyişmirlər.
O, həmçinin Rusiya ilə sərhəddə – Xarkovda və işğal altında olan Xersonda da müqavimətin davam etdiyini bildirib:
“Əksinə, baş verənlər şəhərlərdəki hakimiyyətləri gücləndirir”.
Solovyov isə həmsöhbətinin fikirlərinə “Uduzmaq Rusiyanın ölümü bahasına başa gələcək” deyə reaksiya verib:
“Açıq görünür ki, biz bütün hallarda cəhənnəm iblisiyik. Nə olur-olsun, Qərb bizə uzun müddət nifrət edəcək. Ancaq müharibəni udmamaq və qarşıya qoyulan məqsədi tamamlamamağı biz sadəcə bacarmarıq. Çünki bu, Rusiyanın özünün məhvi demək olar”.
Qeyd edək ki, Yutub Solovyovun kanallarını bloklayıb.
Gununsesi.info