
İspaniya çempionatının 25-ci turunda lider “Real” evində növbəti qələbəsini qazanıb.
“Kral klubu” evində La Liqada qalmaq uğrunda mübarizə aparan “Alaves”ə qalib gəlib.
Hesabı 63-cü dəqiqədə Kərim Benzemanın assistində M.Asensio açıb. Fransalı növbəti asistini 80-ci dəqiqədə Vinisius Juniora edib.
K.Benzema 90-cı dəqiqədə penaltidən fərqlənməklə hesabı 3-0 edib.
Beləliklə, xalını 57-ə çatdıran Madrid “Real”ı liderliyini davam etdirib və ən yaxın rəqibi “Sevilya” ilə fərqi 7 xala çatdırıb.
Gununsesi.info