
Ukraynanın Nikolaev vilayətinin Voznesensk şəhərində Ukrayna hərbçiləri işğalçılara zərbələr endirib, onların texnikasını darmadağın edib.
Gununsesi.info UNİAN-a istinadla xəbər verir ki, sosial şəbəkədə yayımlanan videoda Rusiya hərbi texnikasının “qəbiristanlığını” görmək olar.
“Voznesensk, Nikolayev vilayəti. Rusiya işğalçı qoşunlarının sınmış texnikası”, – mesajda deyilir.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat vermişdi ki, Ukraynada 12 gün davam edən müharibədə düşmən böyük döyüş itkiləri verib. Bu müddət ərzində Ukrayna Silahlı Qüvvələri 12 minə yaxın işğalçını məhv edib.
Gununsesi.info