Binəqədi Məhkəməsinin illərlə həllini tapmayan “texniki problemi”

Tanınmış vəkil Əkrəm Həsənov Binəqədi Məhkəməsindən narazıdır.

Gununsesi.info bildirir ki, özünün sosial şəbəkə hesabında yazan vəkil Binəqədi Məhkəməsinin rəhbərliyini qanunlara hörmət etməyə çağırıb.

HTML tutorial

“Binəqədi Rayon Məhkəməsinin mülki işlər üzrə zallarında iclasların videoyazısı aparılır, cinayət işləri üzrə zallarında isə qanuna zidd olaraq heç audioyazı da aparılmır. 1 ilə yaxındır ki, bunu texniki problemin olduğu ilə izah edirlər. Necəsə olub ki, “texniki problem” məhz cinayət işlərinin aparıldığı zallarda yaranıb. Texnika da yəqin bilir ki, ən böyük haqsızlıq və korrupsiya məhz cinayət işlərində olur, ona görə də onları yazmaqdan utanır”.

Mais
Gununsesi.info