MSK üzvlərinə diplomatik pasport verilsin - Fazil Mustafa

“Yubiley medallarının kimlərə verilməsi ilə bağlı bir çox qurumlarda subyektiv mülahizələrlə paylanma ənənəsi daha çox hiss olunur. Hər hansı qurum bunu nəzarətə götürməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu parlamentin növbədənkənar sessiyasının sonuncu iclasında deputat Fazil Mustafa bildirib.

HTML tutorial

Onun sözlərinə görə, bir çox hallarda uzun illər hansısa qurumda işləyənlər nəzərə alınmır. Amma kiminsə medallarının sayı çox olsun deyə işçilərə verilir.

Fazil Mustafa Mərkəzi Seçki Komissiyasının üzvlərinə diplomatik pasport verilməsini təklif edib. Deputat bildirib ki, həmin qurumun üzvlərinin heç birinin diplomatik pasportu yoxdur:

“Hər sahədə bu hal müşahidə olunur. Mərkəzi seçki komissiyasının yubileyi ilə bağlı ciddi məlumat tapılmır. Bu tarix 1918-ci ilin 26 dekabr tarixi kimi qeyd oluna bilər. Seçkilərlə bağlı əsasnamədə 1919-cu il 21 iyun qəbul olunub. Çünki həmin qurum ölkənin ən vacib qurumlarından biridir. Keçirilən bütün seçkilərin təşkli həmin quruma həvalə olunub. Həmin qurumun heç birinin diplomatik pasportu yoxdur. Hansı ölkəyə edirsən MSK-nın üzvləri seçkilərdə iştirak edir, hər ay səfərdədirlər. ancaq onlara bu imtiyaz verilmir. Onsuzda bizdə deputat da daxil olmaqla, Türkiyədən başqa inkişaf etmiş ölkələrdən fərqli olaraq səlahiyyət müddəti başa çatandan sonra sabahısı gün qapısını kəsib diplomatik pasportunu əlindən alırlar. Lakin Türkiyə və başqa yerlədə bu qalır. Bu məsələ üzərində düşünülməlidir. MSK-nın neçə üvzü var ki, bu problem yaradar? Ciddi səlahiyyətli qurumdur, ətrafında olan problemləri həll etmək lazımdır. Təklif edirəm ki, MSK- yubleyi ilə bağlı məsələ araşdırılsın. Tarixin 1992-ci ildən götürülməsini düzgün hesab etmirəm. MSK üzvlərinin səlahiyyətlərini müəyyən dərəcədə diplomatik pasportla təmin olunmasını gerçəkləşdirək”.

Gununsesi.info