
Vətən müharibəsinin daha 29 iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir: \
“Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Sıra baxışında 236 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 29 nəfəri Vətən müharibəsinin iştirakçısı olub”.
Elmar
Gununsesi.info