Deputatlar tətilə çıxdı

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası başa çatıb.

Gununsesi.info-nun xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiya müddətində 9 iclas keçirilib, 90 qanun və qərar qəbul edilib.

HTML tutorial

Sonda sessiyaya yekun vurulub, Dövlət Himni səsləndirilib. Bununla da deputatlar tətilə çıxıb.

Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır.

 

Gununsesi.info