Beynəlxalq məhkəmədən İsraillə bağlı QƏRAR

Beynəlxalq Ədalət Məhkəməsi Qəzza zolağında soyqırımın qarşısını almaq üçün İsrailin bütün lazımi tədbirləri görməsinə qərar verib.

Gununsesi.info xəbər verir ki, bunu Məhkəmənin sədri Coan Donoqu Cənubi Afrikanın Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması üzrə Konvensiyanın mümkün pozulması ilə bağlı İsrailə qarşı iddiası ilə bağlı qərarı açıqlayarkən deyib.

“İsrail soyqırım konvensiyasına daxil olan bütün hərəkətlərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir”, – deyə o bildirib.

Gununsesi.info