
Həftənin sonuncu “Açıq mikrofon” aksiyası Tovuz rayonunda fəaliyyət göstərən sahibkarların ixtiyarında olub.
Düz Qırıqlı kəndində baş tutan “Səyyar qəbul otağı”nda ümumilikdə 4 müraciət ünvanlanıb. Bunlardan da 1-i istixanaya gedən qaz xəttindən digər istixana üçün quraşdırılan qaz sayğacının ayrılmasından ibarət olub.
2 müraciətdə isə debitor borcun ödənilməsində növbəti ayın sonunadək möhlət istənilib. Şəmkir RQİİ-nin rəhbər şəxsləri aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.