Kilsəyə terror təhlükəsi həyacanı: Tarixi bina bağlanıldı

Almaniya həftələrdir ki, terror təhlükəsi ilə əlaqədar həyəcan vəziyyətindədir.

Gununsesi.info xəbər verir ki, dekabrın 23-də başlayan intensiv təhlükəsizlik tədbirləri Köln kilsəsinə hücum ehtimalına görə davam edir.

Tarixi kilsə hələ də turist ziyarətləri üçün bağlıdır.

Hər il 6 milyondan çox insanın ziyarət etdiyi tarixi kafedralın hücum ehtimalı aradan qaldırılana qədər bağlı qalacağı gözlənilir.

Gununsesi.info