Fatma Yıldırım həmin poçt binasının videosunu sosial şəbəkədə paylaşsa da, heç bir qeyd yazmayıb, lakin fotolardan bərbad vəziyyətdəki binada normal iş şəraitinin mümkün olmadığı açıq görünür.
Məsələ ilə bağlı Gununsesi.info-ya münasibət bildirən “Azərpoçt” MMC -nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Afaq İbrahimova bildirib ki, aparılan optimallaşdırma işləri çərçivəsində “Azərpoçt” MMC-nin tabeliyində olan bəzi poçt şöbələri mövcud normativ tələblərə uyğun gəlmədiyi üçün Bərdə Regional Poçt Filialının AZ0938 saylı Samux kənd poçt şöbəsinin fəaliyyəti 2023-cü ildən etibarən dayandırılıb:

“Samux kəndi əhalisinin poçt-maliyyə xidmətlərindən fasiləsiz şəkildə yararlanmasını təmin etmək məqsədilə, yaxınlıqda yerləşən AZ0931 saylı Mirzəcəfərli poçt şöbəsinə bütün növ poçt-maliyyə xidmətlərinin göstərilməsi həvalə olunub”.
Şəbnəm













