
Rusiyada Belqorod vilayətində silah-sursat olan anbar yanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov “Telegramda” məlumat verib .
“Valuysk şəhərinin Timonovo kəndi ərazisində döyüş sursatı olan anbar yanıb. Son məlumatlara görə, ölən və xəsarət alan yoxdur. Rayon rəhbəri Timonovo və Soloti kəndlərinin sakinlərini təhlükəsiz məsafəyə aparır”, – o, yazıb.
Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.
Yerli “Telegram” kanalları yanğının videosunu dərc yayımlayıblar.
Gununsesi.info