
Baş ağrısı, burun axması, səsin batması və yuxunun pozulması BA.4, BA.5 və BA.2.75 koronavirusunun yeni növ “omikron” ştammı ilə yoluxmanın əsas simptomlarıdır.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS -a infeksionist Yevgeni Timakov məlumat verib.
Timakov qeyd edib ki, yeni növ “omikron”ların əsas simptomları mədə-bağırsaq traktının zədələnməsi və həddindən artıq tərləmədir.
Həkimin sözlərinə görə, qoxu hissi omikron ştammının yeni variantları ilə yoluxduqda daha tez-tez yox olur.
Daha əvvəl Rusiya Federasiyası Səhiyyə Nazirliyinin eksperti Sergey Boytsov bildirib ki, koronavirus insult və ya infarktın inkişafına səbəb olur.
Gununsesi.info