Xorvatiyada avtobus qəzasında 12 nəfər ölüb

Xorvatiyada avtobus qəzasında 12 nəfər həlak olub.

Gununsesi.info “Euronews”a istinadən xəbrə verir ki, Polşa avtobusu ölkənin şimalında aşıb.

Məlumata görə, 11 sərnişin yerindəcə, 1 nəfər isə sonradan xəstəxanada dünyasını dəyişib, 30-dan çox insan yaralanıb.

Bildirilib ki, sürücünün sükan arxasında yatmış olması istisna edilmir.

Gununsesi.info