Putin və Si Szinpin G20 sammitində iştirak edəcəklər

İndoneziya prezidenti Coko Vidodo Rusiya lideri Vladimir Putinin 2022-ci ilin noyabrında Balidə keçiriləcək G20 sammitində iştirak etmək planlarını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, G20-də Rusiya Federasiyasının prezidenti ilə yanaşı, Çin sədri Si Cinpinin də iştirakı gözlənilir.

“Çin prezidenti Si Cinpin gələcək. Prezident Putin də mənə gələcəyini dedi”, – Coko Vidodo deyib.

Gununsesi.info