
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərə yollanır.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hazırda Ankaradakı Esenboğa hava limanındadır.
Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quttereş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.
Gununsesi.info