Bayramovla Mirzoyanın Skopyedə görüşü planlaşdırılmır

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyası çərçivəsində görüşü planlaşdırılmır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Armenia Today”ə Ermənistan XİN-in mətbuat katibi Ani Badalydan bildirib.

O, nazirlərin danışıqlar aparmayacağını deyib.

Qeyd edək ki, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyası Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilir. C. Bayramov orada rəsmi səfərdədir.

 

Gununsesi.info