
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirak edir.
Gununsesi.info xəbər verir ki, iclası giriş sözü ilə Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski açıb.
08:38
Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində XİN başçısının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.