Bayram günlərində paytaxtda hava necə olacaq?

  • By Mina
  • 09 Aprel 2024 16:46

Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, əsasən yağmursuz keçəcək.

 

Gununsesi.info xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

 

O bildirib ki, lakin 10-u gündüz və 11 biri gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

“Cənub-şərq küləyi aprelin 10-u axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Aprelin 11-i gün ərzində arabir güclənən şimal-qərb küləyi ilə əsəcək. Havanın temperaturu gecə 6 -11, gündüz 13 -18 dərəcə isti olacaq”.

 

Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin aprelin 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i günün ikinci yarısınadək arabir yağıntılı olacaq.

 

“Bəzi yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. 11 axşam yağıntılar tədricən kəsiləcək, 12-si əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 13, -18, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti olacaq”, – deyə G.Məmmədova qeyd edib.

Gununsesi.info