
Hakim Yeni Azərbaycan Partiyasının nizamnaməsində edilmiş dəyişiklikliyə görə rayon-şəhər təşkilatlarının sədrləri partiyanın mərkəzi icra aparatının sədri tərəfindən müəyyən ediləcək.
Gununsesi.info bu barədə YAP -ın yeni nizamnaməsinə istinadən xəbər verir. Qeyd edək ki, indiyədək yerli sədrlər konfranslar tərəfindən bu posta seçilirdi. Hakim partiyanın son qurultayda nizamnaməyə etdiyi bu dəyişiklik isə böyük ehtimalla partiyadaxili demokratiyanın pozulması kimi qiymətləndiriləcək.
Yeni nizamnamənin 14.3-cü bəndinə görə, İdarə Heyəti yerli təşkilatın sədrini vəzifəyə təyin və vəzifədən azad edir. Sədrin müavinini Partiyanın Mərkəzi Aparatının rəhbəri ilə razılaşdırmaqla sədr özü vəzifəyə təyin və vəzifədən azad edir.
Gununsesi.info