Bayden Kemp Devidə yola düşüb - Ukrayna ilə bağlı məsələ müzakirə olunacaq

  • By admin
  • 23 Yanvar 2022 15:05

ABŞ prezidenti Co Bayden cümə günü Ağ Evdən Kemp Devidə yola düşüb və orada həftəsonu Ukrayna ilə bağlı Rusiya ilə qarşıdurmada növbəti addımları planlaşdırmaq üçün milli təhlükəsizlik müşavirləri ilə görüşəcək.

ABŞ Dövlət Katibi Antoni Blinken cümə günü Cenevrədə keçirilən görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova Moskvanın Ukraynaya qarşı növbəti təcavüzü halında Vaşinqtonun “vahid, çevik və sərt cavab” vermək əzmini təkrarlayıb.

İki yüksək rütbəli diplomat cümə günü saat yarımlıq görüşlərini başa vurublar. Görüş zamanı ABŞ Rusiyanı on minlərlə hərbi qüvvə topladığı və Ukraynaya mümkün müdaxilə əlamətləri göstərdiyi Ukrayna ilə sərhəddə gərginliyi azaltmağa razı salmağa çalışıb.

 

 

Gununsesi.info