Silvio Berluskoni prezidentliyə namizədliyini geri çəkdi

  • By admin
  • 23 Yanvar 2022 15:10

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni sabah başlayacaq prezident seçkilərindən əvvəl namizədliyini geri çəkib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, seçkinin ilk turu 1009 üzvü olan Böyük Seçici Məclisindəki səsvermə ilə başlayacaq.

“Forza Italia”, radikal sağçı Lig və “İtaliyanın qardaşları” partiyalarından ibarət mərkəz sağ ittifaqı liderləri Berluskoninin namizədliyini müzakirə etmək üçün toplanıb. Ancaq Berluskoni iclasa qatılmayıb.

“Milli məsuliyyət duyğusu ilə hərəkət edirəm. Ölkəmə fərli şəkillərdə xidmətə davam edəcəyəm”, – o, iclasa göndərdiyi mesajda bildirib.

 

 

Gununsesi.info