Qara dənizdə 700 ton mazut olan tankerdə yanğın

  • By admin
  • 23 Yanvar 2022 15:45

Qara dənizdə Komor adaları bayrağı altında üzən və göyərtəsində 700 ton mazut olan “Almuntazah” adlı tankerdə yanğın baş verib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, tanker Taman limanında sahildən 1,2 mil aralıda lövbərdə durub.

Tankerin heyət üzvləri 7 nəfər Rusiya vətəndaşıdır. Zərərçəkənlər barədə məlumat verilməyib.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

 

Gununsesi.info