Almatı yaxınlığında zəlzələ baş verib

  • By admin
  • 23 Yanvar 2022 16:16

Qazaxıstanda seysmik stansiyalar şəbəkəsi bu gün ölkənin cənub-şərqində Almatı yaxınlığında 3,1 bal gücündə zəlzələ qeydə alıb.

Gununsesi.info bildirir ki, bu barədə Respublikanın seysmoloji eksperimental metodiki ekspedisiyasından məlumat verilib.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:01-də qeydə alınıb. Zəlzələnin episentri Qazaxıstanın Almatı şəhərindən 9,9 km cənubda yerləşib və 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

 

Gununsesi.info