
“Moskvanın NATO-da diplomatik ofisinin açılması üçün ilkin şərtimiz yoxdur”.
Gununsesi.info-nun xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq NATO-Rusiya Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“Təəssüf edirik ki, Moskava buradakı diplomatik misiyasının fəaliyyətini dayandırdı və Moskavada NATO-nun ofisi bağlandı. Biz bu ofislərin qarşılıqlı şəkildə yenidən açılmasını istəyirik və bu gün bunu ifadə etdik. Çünki biz dialoqa inanırıq bu ofislər, diplomatik missiyalar mənalı dialoqun vacib hissəsidir”, -deyə o bildirib.
Xatırladaq ki, ötən ilin oktyabrında Moskvanın NATO-dakı, NATO-nun Moskvadakı ofisləri bağlanıb.
Gununsesi.info