Hərbçilər qəzaya düşdü - 16 yaralı var

  • By Mina
  • 03 Aprel 2024 12:15

Türkiyənin Tekirdağ əyalətində işçiləri daşıyan servis maşını ilə hərbçiləri daşıyan avtobus toqquşub.

 

Gununsesi.info xəbər verir ki, Ergene rayonunda baş verən qəza nəticəsində 16 nəfər yaralanıb. Onlardan 5-nin hərbçi olduğu bildirilir.

 

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları, xilasedicilər və polislər cəlb olunub.

 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Gununsesi.info