Ərdoğanın mühafizə qrupu qəzaya düşdü: Ölən və yaralananlar var

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə qrupu Şırnak bölgəsinin İdil rayonunda yol qəzası keçirib.

Gununsesi.info xəbər verir ki, qəzada 1 polis məmuru həlak olub.

Cizrə-Nusaybin avtomobil yolunda Ərdoğanın Şırnak mitinqi zamanı vəzifəsini yerinə yetirən polisləri daşıyan maşınla avtomobil karvanı toqquşub.

Qəzada polis əməkdaşı Fırat Der həlak olub, 2-si polis olmaqla 3 nəfər yaralanıb.

Baş verən hadisə ilə bağlı Ərdoğan başsağlığı mesajı yayıb. “Polis məmurumuz Fırat Derə Allahdan rəhmət, yaralılara şəfalar diləyirəm”, – Ərdoğan bildirib.

 

Gununsesi.info