Goranboyda məktəblilər arasında insident

  • By Mina
  • 03 Aprel 2024 15:45

Goranboy rayonu Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident baş verib.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, şagirdlər bir-birinə xəsarət yetiriblər.

 

“Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları təhsil müəssisəsindədir. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, – məlumatda qeyd olunub.

 

Gununsesi.info