
Xəbər verdiyimiz kimi, Amerika Prezidenti Co Baydenin vəzifəsindən uzaqlaşdırılması üçün Konqresin Təmsilçilər Məclisində proses başladılıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Amerika Prezidenti Bayden siyasi çəkişmələrlə bağlı onun vəzifəsindən uzaqlaşdırılmasının hökumətin ləğv edilməsi istəyi ilə əlaqəli olduğunu bildirib.
“Hökuməti ləğv etmək üçün məni vəzifədən almaq istəyirlər”, – deyə Bayden bildirib.
Yeri gəlmişkən, Ağ Evdən də Baydenin mühakimə edilməsi ilə bağlı açıqlama verilib. Ağ Evin sözcüsü Karine Jean Pierre yaşananları “siyasi oyun” adlandırıb.
“Amerika Prezidentinin oğlu Hunterin iş münasibətlərini araşdıran Cümhuriyyətçilər Baydenə qarşı heç bir dəlil emal edə bilmədi”, – deyə Pierre söyləyib.
Bayden isə onu hansı səbəblə vəzifəsindən uzaqlaşdırmaq istədiklərini bilmədiyini açıqlayıb.
Tərcümə: Arzu