
Kolumbiyanın paytaxtı Boqotoda “Fələstin Dövləti Prospekti”nin açılışı olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkəyə səfərə gələn Fələstinin Xarici İşlər Naziri Riyad əl-Maliki Kolumbiya Prezidenti Qustavo Petro ilə görüşdükdən sonra paytaxt Boqotadakı rəsmi tədbirdə iştirak edib.
Kolumbiya Prezidenti Qustavo Petro ilə görüş keçirən Maliki iki ölkə arasında 4 anlaşmaya imza atıb.
Görüşə geniş heyətlə fələn Fələstin dövlətinin XİN başçısı Prezident Sarayında qəbul edilib.
Fələstinin rəsmi dövlət qaynaqları Prezident Petro ilə görüşdən sonra iki ölkə arasında diplomatik əlaqələrin yaxınlaşdığı bildirilib.
“Diplomatik viza güzəştləri, texniki əməkdaşlıq, akademik işbirliyi və siyasi mövzularda məsləhətləşmələ sahəsində 4 fərqli anlamaya imza atıldı”, – deyə Fələstin tərəfi açıqlamada bildirib.
Açıqlamada Kolumbiya rəsmilərinə qonaqpərvərlik üçün təşəkkür edilib.
“İki yüz ildən bəri qatqı verən və həmrəyliyi gücləndirək iki xalqın qarşılıqlı dəstəyi ilə yeni bir yaxınlaşma başlayır. Prospektin açılışı hər iki xalq arasındakı qardaşlığın bir işarəsi və anlayışın göstəricisidir”.
Prospektin açılış lentini Kolumbiya siyasi rəsmiləri Fələstin siyasiləri ilə birlikdə kəsiblər.
Tərcümə: Arzu