İranla İsrail arasında gərginlik yüksəldi: Rəsmi Tehran “sui-qəsd” təhdidinə xəbərdarlıqla cavab verdi

  • By arzu
  • 14 Sentyabr 2023 20:39

İran və İsrail arasında yüksələn gərginlik yeni açıqlamalarla daha da alovlanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Tehran İsrailin Xarici Gizli Kəşfiyyat Xidməti olan “MOSSAD”a cavab verib. Rəsmi Tehran “MOSSAD” başçısı David Barneanın açıqlamasından sonra İsrailə xəbərdarlıq edib.

İnqilab Keşikçiləri Ordusunun Generalı Hüseyn Salami Təl-Əvivə cavabında onların bu addımını “mənasız” adlandırıb.

Tehrandakı bir tədbirdə çıxış edən Salami bunları deyib:

“Sionistlər yenə mənasız danışıqlar ediblər. Bizi sui-qəsdlə təhdid edirlər. O halda, onlara deyirəm ki, daha öncəki sui-qəsdlər sizi təhlükəsiz hala gətirdisə, davam edin”.

İranın Xarici İşlər Nazirliyinin sözcüsü Nasir Kənani isə İsraili terrorçu əməllər törətməkdə ittiham edib.

“İsrail qanunsuz hədəflərinə çatmaq üçün terrorçu əməllər törətməklə bağlı rekordlara sahibdir. Ölkəmiz İsrail hökumətinin axmaq cəhdlərinə qarşı qərarlıdır, cavab verməkdən geri durmayacaq”.

Xatırladaq ki, iki gün öncə İsrailin Xarici Gizli Kəşfiyyat Xidməti olan “MOSSAD”ın başçısı David Barnea İranı ən yüksək vəzifəli məmurlarına qarşı “sui-qəsd”lə təhdid etmişdi.

Tərcümə: Arzu

Gununsesi.info