Baxçalı yenidən MHP sədri seçilib

  • By ilhame
  • 17 Mart 2024 15:24

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı MHP-nin 14-cü Sıravi Böyük Qurultayında yenidən sədr seçilib.

 

Gununsesi.info xəbər verir ki, Ankara İdman Salonunda keçirilən qurultayda partiyanın qeydiyyatdan keçmiş yüksək məclis nümayəndələri 15 qutuda sədr seçkilərinə səs veriblər.

 

Səslərin hesablanması başa çatdıqdan sonra Şura sədri Mövlud Karakaya səsverməyə 1295 nümayəndənin qatıldığını bildirib və bütün nümayəndələrin səsini alaraq Baxçalının yenidən sədr seçildiyini açıqlayıb.

Gununsesi.info