FIFA rəhbəri nə qədər maaş alır?

  • By ilhame
  • 17 Mart 2024 17:03

“Sky Sports”un jurnalisti Rob Harris FIFA prezidenti Canni İnfantinonun aldığı maaşın səviyyəsini açıqlayıb.

 

Gununsesi.info xəbər verir ki, FIFA rəhbəri 2023-cü ildə yenidən qurumun prezidenti seçildikdən sonra daha çox qazanmağa başlayıb.

 

Onun 1,99 milyon avro maaşı 33 % artırılaraq 2,69 milyon avroya yüksəldilib. O həmçinin qadınlar arasında dünya çempionatına görə 1,93 milyon avro məbləğində bonus alıb. İnfantinonun ümumi gəliri 4,21 milyon avro olub.

Gununsesi.info